48 SAYLI YEVLAX SEÇKİ DAİRƏSİ

  • Seçicilərin sayı: 35000
  • Seçilmiş vəkil: İlham Məmmədov
  • Məntəqələrin sayı: 31
  • Ərazi: YEVLAX ŞƏHƏRİ, AZƏRBAYCAN KÜÇƏSİ 2

Çağırışlar

  • - Milli Məclisin VI Çağırışı
  • - Milli Məclisin III Çağırışı
  • - Milli Məclisin IV Çağırışı
  • - Milli Məclisin V Çağırışı
İlham Məmmədov

İlham Məmmədov

1962-ci il yanvarın 13-də Yevlax şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə işi fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir.
1986-cı ildən Yevlax Şəhər Mərkəzi Xəstəxanasında sahə həkimi, həkim-endoskopist, şöbə müdiri, həkim-qastroenteroloq, 2001-ci ildən Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında böyük həkim vəzifələrində çalışmışdır. 2004–2005-ci illərdə Yevlax Şəhər Mərkəzi Xəstəxanasının baş həkimi olmuşdur.
Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədridir.
Üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin, Səhiyyə komitəsinin üzvüdür. Azərbaycan-İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Bəhreyn, Estoniya, Misir, Pakistan, Rumıniya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Asiya Parlament Assambleyasında Azərbaycan nümayəndə heyəti rəhbərinin müavinidir.
1 övladı var.

 

ÇAĞIRIŞLAR

KOMİTƏLƏR

Ümumi Reytinq

Çıxışlara görə statistika

Aktivliklər

Xəbərlər