93 SAYLI BƏRDƏ ŞƏHƏR SEÇKİ DAİRƏSİ
- Seçicilərin sayı: 44244
- Seçilmiş vəkil: Fatma Yıldırım
- Məntəqələrin sayı: 50
- Ərazi: BƏRDƏ ŞƏHƏR, HEYDƏR ƏLİYEV PR 92 A
Çağırışlar
- - Milli Məclisin VI Çağırışı
- Partiya: YAP
- Telefon: +99455 213-83-57
- E-mail: [email protected]
Fatma Yıldırım
1973-cü il yanvarın 12-də Bakı şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirmişdir. Fizika-riyaziyyat üzrə fəlsəfə doktorudur. Rus və ingilis dillərini bilir.
2000–2009-cu illərdə Belçika Krallığında fəaliyyət göstərən «Avropa Azərbaycanlılar Mərkəzi» diaspor təşkilatının rəhbəri olmuşdur.
1994–2012-ci illərdə elmi-pedaqoji fəaliyyətlə yanaşı, müxtəlif özəl şirkətlərdə insan resurslarının idarə edilməsi sahəsində rəhbər vəzifələrdə işləmişdir. 2012– 2016-cı illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində Hüquqi və təşkilati təminat şöbəsi müdirinin müavini, 2016–2018-ci illərdə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyində İnformasiya təminatı və insan resursları şöbəsinin müdiri, 2018– 2020-ci illərdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektuta Komitəsində İnsan resursları şöbəsinin müdiri vəzifələrində çalışmışdır.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Elm və təhsil komitəsinin üzvüdür. Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Belçika, Çexiya, İsrail, İtaliya, Qazaxıstan, Latviya, Niderland, Özbəkistan, Rusiya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
GUAM-ın Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 2 övladı var.