16 SAYLI YASAMAL İKİNCİ SEÇKİ DAİRƏSİ
- Seçicilərin sayı: 35257
- Seçilmiş vəkil: Erkin Qədirli
- Məntəqələrin sayı: 29
- Ərazi: YASAMAL RAYONU, Ə.HAQVERDİYEV KÜÇƏSİ 577-Cİ MƏHƏLLƏ
Çağırışlar
- - Milli Məclisin VI Çağırışı
- Partiya: REAL
- Telefon: +99455 329-58-55
- E-mail: [email protected]
Erkin Qədirli
1972-ci il mayın 13-də Bakı şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Almaniyada nəşr edilmiş 1 monoqrafiyanın həmmüəllifidir. İngilis və rus dillərini bilir.
1994–2006-cı illərdə Bakı Dövlət Universiteti Hüquq fakültəsinin müəllimi vəzifəsində çalışmış, 2007–2009-cu illərdə USAID-in «Parlament imkanlarının gücləndirilməsi» layihəsinin hüquq müşaviri, 2010–2013-cü illərdə Azərbaycan Lizinq Şirkətinin hüquqşünası olmuşdur.
Respublikaçı Alternativ Partiyasının üzvüdür.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvüdür. Azərbaycan-İrlandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin, Avropa İttifaqı–Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvüdür.
1 övladı var.