55 SAYLI XAÇMAZ ŞƏHƏR SEÇKİ DAİRƏSİ

  • Seçicilərin sayı: 44382
  • Seçilmiş vəkil: Eldəniz Səlimov
  • Məntəqələrin sayı: 42
  • Ərazi: XAÇMAZ ŞƏHƏRİ, H.Z.TAĞIYEV KÜÇƏSİ 1A

Çağırışlar

  • - Milli Meclisin VI Çağırışı
  • - Milli Meclisin V Çağırışı
Eldəniz Səlimov
  • Partiya: YAP

Eldəniz Səlimov

Eldəniz Səlimov 1976-cı il oktyabrın 2-də Xaçmaz şəhərində anadan olub. Eldəniz Səlimovnın atası – Adil Səlimov dəmiryolçu olub. 1983-cü ildə Xaçmaz şəhəri 45 №-li tam orta məкtəbin birinci sinfinə gedən Eldəniz Səlimov, 1993-cü ildə həmin məкtəbi bitirdi. 1993-1998-ci illərdə Dağıstan Dövlət Universitetində iqtisadiyyat ixtisası üzrə təhsil alan Eldəniz Səlimov, rus dilini bilir.

Eldəniz Səlimov 2000-2002-ci illərdə Vergi Nazirliyinin Xaçmaz rayonu üzrə Vergilər şöbəsində dövlət vergi müfəttişi vəzifəsində çalışdı. 2002-ci ildə 1 saylı Ərazi Vergi İdarəsində, 2002-2010-cu illərdə isə 3 saylı Ərazi Vergi İdarəsində dövlət vergi müfəttişi və baş dövlət vergi müfəttişi vəzifələrində çalışan Eldəniz Səlimov, 2011-2012-ci illərdə "TexniкaBanк" ASC-nin Xaçmaz filialının müdirinin müavini vəzifəsində çalışdı. 2013-2014-cü illərdə Müdafiə Nazirliyinin "Üfuq" İstehsalat Birliyinin Xaçmaz Kondensator Zavodunda mühəndis-iqtisadçı olan Eldəniz Səlimov, 2014-2015-ci illərdə Xaçmaz rayon icra başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışdı.

Eldəniz Səlimov 2010-cu il noyabrın 7-də baş tutan Azərbaycan Milli Məclisinə IV çağırış seçimlərə qatıldı. 55 saylı Xaçmaz şəhər dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Eldəniz Səlimov, səsvermədə qalib gəldi və Milli Məclisə üzv seçildi. O, 2010-2015-ci illərdə Milli Məclisin Aqrar siyasət Komitəsinin üzvü vəzifəsində çalışdı. O, həmdə Avstraliya, Yeni Zelandiya, Belarus, BƏƏ, Çin, İtaliya, Qazaxıstan və Lüкsemburq parlamentlərarası əlaqələr üzrə işçi qruplarınında üzvü oldu.

Eldəniz Səlimov ailəlidir, bir oğlu və bir qızı var.

ÇAĞIRIŞLAR

KOMİTƏLƏR

Ümumi Reytinq

Çıxışlara görə statistika

Aktivliklər

Xəbərlər