7 SAYLI ORDUBAD-CULFA SEÇKİ DAİRƏSİ
- Seçicilərin sayı: 34573
- Seçilmiş vəkil: Cəbi Quliyev
- Məntəqələrin sayı: 48
- Ərazi: ORDUBAD RAYONU, HEYDƏR ƏLİYEV PROSPEKTİ 44
Çağırışlar
- - Milli Məclisin VI Çağırışı
- Partiya: YAP
- Telefon: +99450 966-77-77
- E-mail: [email protected]
Cəbi Quliyev
1990-cı il avqustun 29-da Naxçıvan Muxtar Respublikası Şahbuz rayo¬nunun Gecəzur kəndində anadan olmuşdur. Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsini, eləcə də Beynəlxalq münasibətlər tarixi və nəzəriyyəsi ixtisası üzrə magistr pilləsini bitirmişdir. Naxçıvan Dövlət Universitetinin dissertantıdır. İngilis və rus dillərini bilir.
2012–2013-cü illərdə hərbi xidmət keçmişdir. 2013-cü ildən Naxçıvan Özəl Universitetində baş laborant, 2014-cü ildən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası təşkilatında baş təlimatçı vəzifələrində çalışmış, 2017-ci ildən Naxçıvan Dövlət Universitetinin müəllimi işləmişdir. 2018-ci ildən Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktorudur.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Gənclər və idman komitəsinin üzvüdür. Bosniya və Herseqovina, İran, Koreya, Malayziya, Türkmənistan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Azərbaycan Respublikası Milli Məclisinin və Rusiya Federasiyası Federal Məclisinin ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiyanın üzvüdür.
Evlidir, 1 övladı var.