119 SAYLI AĞDAM KƏND SEÇKİ DAİRƏSİ

  • Seçicilərin sayı: 42447
  • Seçilmiş vəkil: Bəxtiyar Sadıqov
  • Məntəqələrin sayı: 42
  • Ərazi: AĞDAM RAYONU, QUZANLI QƏSƏBƏSİ

Çağırışlar

  • - Milli Məclisin VI Çağırışı
  • - Milli Məclisin II Çağırışı
  • - Milli Məclisin III Çağırışı
  • - Milli Məclisin IV Çağırışı
  • - Milli Məclisin V Çağırışı
Bəxtiyar Sadıqov

Bəxtiyar Sadıqov

1951-ci il yanvarın 10-da Ağdam şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Qarabağ müharibəsi veteranıdır. «Şöhrət» ordeni ilə təltif edilmişdir. Əməkdar jurnalistdir. İki dəfə «Qızıl qələm» mükafatı laureatıdır. 5 kitabın müəllifidir. Rus dilini bilir.
Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvüdür.
1975-ci ildən «Abşeron» qəzetinin korrektoru, müxbiri, şöbə müdiri, redaktor müavini, 1987-ci ildən «Kommunist» qəzetinin baş müxbiri, şöbə müdiri, 1990-cı ildən «Həyat» qəzetinin bölgə müxbiri, 1992-ci ildən «Azərbaycan» qəzetinin müxbiri, şöbə müdiri vəzifələrində çalışmışdır. 2002-ci ildən «Azərbaycan» qəzetinin baş redaktorudur.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
İkinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvüdür. Azərbaycan-Ekvador parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, İspaniya, Qazaxıstan, Səudiyyə Ərəbistanı parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 2 övladı var.

ÇAĞIRIŞLAR

KOMİTƏLƏR

Ümumi Reytinq

Çıxışlara görə statistika

Aktivliklər

Xəbərlər