112 SAYLI QAX SEÇKİ DAİRƏSİ
- Seçicilərin sayı: 42870
- Seçilmiş vəkil: Azər Kərimli
- Məntəqələrin sayı: 58
- Ərazi: QAX ŞƏHƏRİ 28 MAY KÜÇƏSİ 28
Çağırışlar
- - Milli Məclisin VI Çağırışı
- - Milli Məclisin II Çağırışı
- - Milli Məclisin III Çağırışı
- - Milli Məclisin IV Çağırışı
- - Milli Məclisin V Çağırışı
- Partiya: Bitərəf
- Telefon: +99477 510-50-15
- E-mail: [email protected]
Azər Kərimli
1964-cü il iyulun 6-da Bakı şəhərində anadan olmuşdur. Moskva Yüngül Sənaye Texnologiya İnstitutunun Dəri məmulatının texnologiyası fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir.
1983–1985-ci illərdə hərbi xidmət keçmiş, 1985–1989-cu illərdə ali məktəbdə təhsil almışdır. 1989-cu ildə Bakı Model Ayaqqabılar Fabrikində dispetçer işləmiş, 1992–1999-cu illərdə Moskva vilayətində «Fəxri» məhdud məsuliyyətli müəssisəsinin direktoru, 1999–2000-ci illərdə «Qamma», «Lotos» şirkətlərinin prezidenti vəzifələrində çalışmışdır.
Bitərəfdir.
İkinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Avstriya, Belçika, Böyük Britaniya, Çexiya, Estoniya, Fransa, İspaniya, Latviya, Litva, Niderland, Portuqaliya, Ukrayna parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Avropa İttifaqı–Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvüdür.
Evlidir, 2 övladı var.