47 SAYLI MİNGƏÇEVİR SEÇKİ DAİRƏSİ

  • Seçicilərin sayı: 37745
  • Seçilmiş vəkil: Aydın Mirzəzadə
  • Məntəqələrin sayı: 30
  • Ərazi: MİNGƏÇEVİR ŞƏHƏRİ , MAQOMAYEV PROSPEKTİ 22

Çağırışlar

  • - Milli Meclisin VI Çağırışı
  • - Milli Meclisin II Çağırışı
  • - Milli Meclisin III Çağırışı
  • - Milli Meclisin IV Çağırışı
  • - Milli Meclisin V Çağırışı

Aydın Mirzəzadə

Aydın Mirzəzadə 2 iyul 1957-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. 1974-cü ildə Mingəçevir şəhər 10 saylı orta məktəbi bitirmişdir. 1975-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun inşaat fakültəsinə qəbul olunmuş və 1980-ci ildə buranı inşaatçı-mühəndis ixtisası ilə bitirmişdir. Təhsil müddətində İnstitut Tələbə Şurasının üzvü kimi ictimai fəaliyyətlə məşğul olmuş, tələbə-inşaat dəstələri hərəkatında fəal iştirak etmişdir.

1980-ci ildə təyinatla RSFSR-in Kalinin vilayətinin Rjev şəhərində yerləşən 1315 saylı səyyar mexanikləşdirilmiş dəstənin tikinti ustası işləmişdir. 1980-1982-ci illərdə Sovet ordusunda həqiqi hərbi xidmətdə olmuşdur.

1982-1993-cü illərdə Mingəçevir şəhərində yerləşən Azərbaycan DRES tikintisində müxtəlif vəzifələrdə çalışmışdır. 1992-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir.

1992-ci ildə Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının yaradılmasında iştirak etmiş və 1992-1999-cu illərdə təşkilatın sədri olmuşdur. 1993-cü ildən Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının köməkçisi, müavini, 1997-2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti İcra Aparatının İctimai-siyasi şöbəsinin sektor müdiri vəzifələrində çalışmışdır. Yeni Azərbaycan Partiyasının I (1999-cu il), II (2001-ci il), III (2005-ci il), IV (2008) və V qurultaylarında (2013-cü il) partiyanın Siyasi Şurasının üzvü seçilmişdir.

2003-cü ildə prezident seçkilərində prezidentliyə namizəd Heydər Əliyevin, 2008-ci il prezident seçkilərində prezidentliyə namizəd İlham Əliyevin seçkiqabağı vəkili olmuşdur. 2008-ci, 2013-cü və 2018-ci il prezident seçkilərində, 2009-cu il və 2016-cı il Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçirilən referendumlarda və 2009-cu, 2014-cü və 2019-cu il bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasında Yeni Azərbaycan Partiyasını məşvərətçi səslə təmsil etmişdir.

29 yanvar 2015-ci ildən YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiridir.

Azərbaycan Milli Ensiklopediyasının eksperti, siyasi elmlər üzrə fəlsəfə doktorudur. 13 kitabın müəllifidir. Rus və ingilis dillərini bilir.

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosentidir. Kitablarından dərs vəsaiti kimi istifadə edilir. Politologiya sahəsində geniş tədqiqat işi aparır.

2014-cü ilin sonunda Aydın Mirzəzadənin Türkiyənin MLEC Kitab Nəşriyyatı tərəfindən türk dilində "Karabağ düğümü" adlı kitabı böyük tirajla çap edilib. Kitabda çoxsayı xəritələr, şəkillər, tarixi sənədlər, beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər verilib.

2016-cı ilin sonunda Aydın Mirzəzadənin Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində erməni dilində "Qarabağ düyünü" kitabı nəşr ediliub. Bu azərbaycanlı tədqiqatçının xaricdə erməni dilində Dağlıq Qarabağ problemininə dair nəşr edilən ilk fundamental əsəridir.

Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyası Azərbaycan milli nümayəndə heyətinin üzvüdür. Azərbaycan -Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-İran, Azərbaycan-İsrail, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Pakistan, Azərbaycan-Polşa, Azərbaycan-Rusiya, Azərbaycan-Səudiyyə Ərəbistanı, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.

Evlidir, 2 övladı var.

ÇAĞIRIŞLAR

KOMİTƏLƏR

Ümumi Reytinq

Çıxışlara görə statistika

Aktivliklər

Xəbərlər