123 SAYLI KƏLBƏCƏR SEÇKİ DAİRƏSİ

  • Seçicilərin sayı: 51755
  • Seçilmiş vəkil: Aqil Məmmədov
  • Məntəqələrin sayı: 65
  • Ərazi: GƏNCƏ ŞƏHƏRİ GÜLÜSTAN QƏSƏBƏSİ AKTA-NIN 6 SAYLI YATAQXANASININ HƏYƏTİ

Çağırışlar

  • - Milli Məclisin VI Çağırışı
Aqil Məmmədov

Aqil Məmmədov

1960-cı il aprelin 1-də Kəlbəcər rayonunun Ağdaban kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun Pedaqoji fakültəsini və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirmişdir. Rus dilini bilir.
1979–1981-ci illərdə hərbi xidmət keçmiş, 1981–1983-cü illərdə Kəlbəcər rayonunun Ağdaban kəndində kolxozda çalışmış, 1983–1987-ci illərdə ali məktəbdə təhsil almışdır. 1987–2006-cı illərdə Göygöl rayonunda Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyətinin sədri, İdman komitəsinin sədri, «Məhsul» idman cəmiyyətinin məşqçi-müəllimi, orta məktəbdə bədən tərbiyəsi müəllimi işləmiş, 2006–2013-cü illərdə Kəlbəcər Rayon İcra Hakimiyyəti Aparatının böyük referenti, İcra Hakimiyyəti başçısının birinci müavini vəzifələrində çalışmışdır. 2013–2020-ci illərdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı olmuşdur.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin, Regional məsələlər komitəsinin üzvüdür. Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Kanada, Norveç, Özbəkistan, Türkiyə, Uruqvay parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 2 övladı var.

ÇAĞIRIŞLAR

KOMİTƏLƏR

Ümumi Reytinq

Çıxışlara görə statistika

Aktivliklər

Xəbərlər