53 SAYLI QUBA-QUSAR SEÇKİ DAİRƏSİ

  • Seçicilərin sayı: 48730
  • Seçilmiş vəkil: Anatoliy Rafailov
  • Məntəqələrin sayı: 76
  • Ərazi: QUBA RAYONU, MAKSİM QORKİ KÜÇƏSİ 24 A

Çağırışlar

  • - Milli Məclisin VI Çağırışı
Anatoliy Rafailov

Anatoliy Rafailov

1953-cü il fevralın 5-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Tibb İnstitutunun Müalicə işi fakültəsini bitirmişdir. Rus, ingilis və fars dillərini bilir.
1972–1974-cü illərdə hərbi xidmət keçmiş, 1974–1981-ci illərdə ali məktəbdə təhsil almışdır. 1981–1982-ci illərdə Bakı şəhəri Təcili Tibbi Yardım Xəstəxanasının internaturasında çalışmış, 1982–2001-ci illərdə Sumqayıt şəhəri Təcili Tibbi Yardım Xəstəxanasının həkim-travmatoloqu, 2001– 2010-cu illərdə «Hesed Qerson» Yəhudi Xeyriyyə Cəmiyyətinin Tibb Mərkəzinin direktoru olmuşdur. 2015-ci ildən «Sağlam ailə» MMC-nin səyyar tibbi xidmət üzrə müdiridir.
Bitərəfdir.
Milli Məclisin Səhiyyə komitəsinin üzvüdür. Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Bolqarıstan, Cibuti, Əfqanıstan, Rusiya, Tacikistan, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 1 övladı var.

ÇAĞIRIŞLAR

KOMİTƏLƏR

Ümumi Reytinq

Çıxışlara görə statistika

Aktivliklər