97 SAYLI GORANBOY-AĞDAM-TƏRTƏR SEÇKİ DAİRƏSİ

  • Seçicilərin sayı: 35421
  • Seçilmiş vəkil: Ağalar Vəliyev
  • Məntəqələrin sayı: 56
  • Ərazi: GÖRANBOY RAYONU, QIZILHACILI QƏSƏBƏSİ

Çağırışlar

  • - Milli Meclisin VI Çağırışı
  • - Milli Meclisin IV Çağırışı
  • - Milli Meclisin V Çağırışı
Ağalar Vəliyev

Ağalar Vəliyev

Ağalar Vəliyev 1957-ci il iyulun 23-də Yevlax şəhərində anadan olmuşdur. 1976-cı ildə Mingəçevir Politexnik Texnikumunu, 1989-cu ildə isə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir. İxtisasca inşaat mühəndisidir.

Əmək fəaliyyətinə 1976-cı ildə Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin Yevlax dəmir beton məmulatları zavodunda fəhləlikdən başlamışdır. Həmin zavodda laboratoriya mühəndisi, şöbə rəisi, baş mühəndis və direktor, 1986-cı ildən Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin Dəmir Beton zavodunun direktoru, 1991-ci ildən Körpü tikinti kombinatının baş direktoru, 1993-cü ildən isə 2 saylı “Yoltəmirtikinti” trestinin rəisi, 1996-1998-ci illərdə isə “Azəraqrartikinti” Dövlət Şirkətinin prezidenti vəzifələrində çalışmışdır.

1998-ci ildən “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin sədridir.

Yeni Azərbaycan Partiyasının üzvüdür. 2010-cu ildə "Əməkdar mühəndisi" fəxri adına layiq görülmüş, 2012-ci ildə isə “Şöhrət” ordeni ilə təltif edilmişdir. Ailəlidir, bir oğlu var.

ÇAĞIRIŞLAR

KOMİTƏLƏR

Ümumi Reytinq

Çıxışlara görə statistika

Aktivliklər

Xəbərlər