113 SAYLI ŞƏKİ ŞƏHƏR SEÇKİ DAİRƏSİ

  • Seçicilərin sayı: 37223
  • Seçilmiş vəkil: Vüqar İskəndərov
  • Məntəqələrin sayı: 29
  • Ərazi: ŞƏKİ ŞƏHƏRİ M.CƏBRAYILOV KÜÇƏSİ 7

Çağırışlar

  • - Milli Məclisin VI Çağırışı
Vüqar İskəndərov

Vüqar İskəndərov

1972-ci il dekabrın 30-da Şəki şəhərində anadan olmuşdur. Gürcüstan Elmi Tədris İnstitutunun Hüquq fakültəsini və Azərbaycan Dövlət Aqrar Universitetinin İqtisadiyyat fakültəsini bitirmişdir. «Dövlət qulluğunda fərqlənməyə görə» medalı ilə təltif edilmişdir. Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının San-Dieqo şəhərinin fəxri vətəndaşıdır. Karate üzrə 5-ci dan qara kəmər sahibi və Avropa çempionudur. Əməkdar məşqçi, beynəlxalq dərəcəli hakimdir. Rus dilini bilir.
1991–1992-ci illərdə hərbi xidmət keçmiş, 1993–1995-ci illərdə Şəkidə «Məhsul» idman cəmiyyətinin karate-do üzrə məşqçi-müəllimi olmuşdur. 1995–1998-ci illərdə Şəki Müstəqil Nəqliyyat Birliyinin mühəndisi, 1998– 2005-ci illərdə Şəki Təmir-Tikinti İdarəsinin iqtisadçısı, Rayon Kooperativlər İttifaqının aparıcı hüquqşünası, 2001–2005-ci illərdə Şəki Mərkəzi Rayon Xəstəxanasının hüquq məsləhətçisi, 2005–2020-ci illərdə Şəki Gənclər və İdman İdarəsinin rəisi vəzifələrində çalışmışdır.
Yeni Azərbaycan Partiyası Təftiş komissiyasının üzvüdür.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Gənclər və idman komitəsinin üzvüdür. Azərbaycan-Argentina parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Almaniya Federativ Respublikası, Çexiya, Gürcüstan, Qazaxıstan, Litva, Özbəkistan, Türkiyə, Ukrayna, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 2 övladı var.

ÇAĞIRIŞLAR

KOMİTƏLƏR

Ümumi Reytinq

Çıxışlara görə statistika

Aktivliklər

Xəbərlər